ENA+

Baydenlə Ərdoğan Brüsseldə təkbətək görüşəcəklər

ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“ENA” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları iyunda Brüsseldə NATO sammiti çərçivəsində görüşməyi razılaşdırıblar.

"ABŞ prezidenti əməkdaşlığın geniş spektri ilə və fikir ayrılıqlarının effektiv nizama salınması ilə konstruktiv münasibətlərdə marağını ifadə etdi. Liderlər ikitərəfli və regional məsələlərin bütün dairəsinin müzakirəsi üçün iyunda NATO sammitində təkbətək görüş keçirməyi razılaşdırdılar", - mətndə qeyd edilir.

Qeyd edək ki, bu, ABŞ prezidentinin 20 yanvar 2021-ci ildə vəzifəsinin icrasına başlamasından sonra Türkiyənin dövlət başçısı ilə ilk telefon danışığıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)