Gömrük Komitəsi Bakı Metropolitenini cərimələyib
Dövlət Gömrük Komitəsi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətini (QSC) cərimələyib.
“ENA” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib etdiyi protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elməddin Hüseynovun icraatındadır.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.