Sosial iqtisadiyyat

“Bravo” bu fotoya görə üzr istədi

“Bravo” supermarketlər şəbəkəsi marketlərin birində Ramazan bayramı ilə bağlı edilən səhvə görə üzr istəyib.

“ENA” xəbər verir ki, “Bravo Supermarket Azərbaycan” şirkəti bununla bağlı açıqlama yayıb: “Marketlərimizin birində buraxılmış texniki səhvin nəticəsi olaraq hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik.

Diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılıb”.

Qeyd edək ki, marketdə endirimdə olan araqların stendi üzərində “Ramazan ayının xüsusi təklifləri” lövhəsi yerləşdirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department