ENA+

ABŞ-da 51-ci ştat yaradıla bilər

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Kolumbiya federal dairəsinin 51-ci ştata çevrilməsini rəsmi olaraq dəstəkləyib.

“ENA” xəbər verir ki, bu barədə “The Washington Times” nəşri yazır.

“Həddindən artıq uzun müddətdir ki, Kolumbiya dairəsinin Vaşinqton şəhərinin 700 mindən çox əhalisi ABŞ Konqresində tam təmsil olunmaq hüququndan məhrumdur”, – ABŞ büdcə və idarəetmə siyasəti idarəsinin açıqlamasında deyilir.

Kolumbiya dairəsinin əhalisi Vermont və Vayominq ştatlarının əhalisindən sayca çoxdur və onun sakinləri 22 ştatın əhalisindən çox federal vergi ödəyir.

Yeni administrativ vahid amerikalı vətəndaş hüquqları müdafiəçisi Frederik Duqlasın şərəfinə “Vaşinqton, Duqlas Birliyi Ştatı” adlandırılacaq.

Demokratların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının bu həftə Kolumbiya dairəsinin palatada bir nümayəndəsinin və Senatda iki senatorunun olmasını təmin edən qanunvericiliyə səs verməsi planlaşdırılır.

Bu arada respublikaçılar bu addıma qarşı çıxırlar. Onların fikrincə, bu addım demokratların Konqresdə gücünü artırmaq və öz iştiraklarını genişləndirmək cəhdidir.

Nümayəndələr palatası 2020-ci ildə də Kolumbiya dairəsinin ştata çevrilməsi haqqında qanun qəbul etmək istəyib, lakin həmin vaxt respublikaçıların nəzarətində olan Senat buna imkan verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)