Azərbaycana təbii qaz ixracından daxil olan valyuta kəskin artıb
2021-ci ilin ilk 3 ayında Azərbaycandan 2 milyard 664 milyon 616 min dollar dəyərində 7 milyon 47 min 438 ton xam neft ixrac edilib.
ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda xam neft ixracı dəyər ifadəsilə 24,3%, miqdar ifadəsilə 7% azalıb. 2020-ci ilin ilk 3 ayında Azərbaycandan 3 milyard 522 milyon 698 min dollar dəyərində 7 milyon 576 min 415 ton xam neft ixrac edilmişdi.
Azərbaycandan təbi qaz ixracı kəskin artıb. Ötən ilin ilk rübündə ölkəmizdən 161 milyon 926 min dollar dəyərində 1 milyard 390 milyon 690 min kub metr təbii qaz ixrac edildiyi halda, 2021-ci ilin ilk rübündə 867 milyon 67 min dollar dəyərində 6 milyard 165 milyon 450 min kubmetr qaz ixrac edilib.