Axtar

Lənkəranda ilk dəfə lavanda əkininə başlanıb

Lavanda kosmetika və əczaçılıq sənayesi  üçün qiymətli xammal hesab olunur. Artıq iki ildir ki, Qəbələ rayonunun Çuxurqəbələ kəndində fəaliyyət göstərən fermer təsərrüfatında lavanda bitkisinin anqustifolia növü becərilir.

Lənkəran rayonunun İstisu qəsəbəsindəki “Yaşıl çay” fermer təsərrüfatında yerli qara çayın lavanda bitkisi ilə fermentləşdirilmiş qarışığı uğurla sınaqdan keçirilərək dadlı və ətirli çay növü alınmışdır. Yeni növ çay mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vasitəçiliyi ilə “Yaşıl çay” fermer təsərrüfatı ilə Çuxurqəbələ kəndindəki fermer təsərrüfatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bitkinin faydalılığı nəzərə alınaraq təsərrüfatda 0,50 hektar sahədə lavandanın anqustifolia növünün sınaq əkini keçirilib.

Əkinin nəticələrindən asılı olaraq eko-aqro turizmin inkişafı və qarışıq çay növlərinin çeşidinin artırılması məqsədilə “Yaşıl çay” fermer təsərrüfatında 10 hektar lavanda plantasiyasının salınması nəzərdə tutulub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33