Sosial iqtisadiyyat

Ərdoğan Şimali Kipr rəhbərliyinə xəbərdarlıq edib

“Şimali Kipr Türk Cümhuriyyətinin Konstitusiya Məhkəməsinin sədri hər şeydən əvvəl dünyəvi dövlətin nə olduğunu öyrənməlidir. Onun açıqlamalarını qəbul etməyimiz mümkün deyil”.

“ENA” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında söyləyib.

Şimali Kipr Türk Cümhuriyyətində Quran kurslarının qadağan edilməsinə münasibət bildirən dövlət başçısı deyib: “Yanaşmasını dəyişməlidir, əks təqdirdə biz Şimali Kiprdə dini azadlığın boğulmasına, Quranın öyrədilməsinin qarşsını almağa hesablanan atılan addımlara icazə verməyəcəyik. Türkiyədə qaydalar necədirsə, Şimali Kipr də onu tətbiq etməlidir. Din düşməni olan QHT-lərin addımlarını qəbul etməyimiz mümkün deyil. Konstitusiya Məhkəməsinin sədri tutduğu yalnış yoldan təcili dönməlidir. Əks halda bizim atacağımız addımlar fərli olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)