İranda 60 faizədək təmizlənmiş uranium əldə edilib
![](https://ena.az/uploads/news/2021-04/_ena_7fdb0ad3bc1d6ba0773028264_o.jpg)
İran mütəxəssisləri 60 faizədək təmizlənmiş uranium filizinin ilk hissəsini əldə ediblər.
“ENA” İSNA-ya istinadən xəbər verir ki, bu barədə parlament sədri Məhəmməd Bağır Qalibaf bildirib.
Xatırladaq ki, 2015-ci ildə imzalanmış İran nüvə proqramına dair razılaşmaya (JCPOA – Müştərək Əhatəli Fəaliyyət Planı) İran cəmi 3,67 faizədək təmizlənmiş uranium istehsal edə bilər.