Axtar

“Mercedes” yeni elektrikli flaqmanını təqdim edib - FOTO

“Mercedes” yeni elektrikli “EQS” flaqmanını təqdim edib, təqdimat onlayn formatda aprelin 15-də baş tutub. Xarici görüş baxımdan “EQS” 2019-cu ildə nümayiş etdirilən “Vision EQS” avtomobilinə bənzəyir.

ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bəzi rakurslardan “EQS” ümumiyyətlə “CLA” və ya “CLS” modelləri kimi görünür. “EQS”in ölçüləri (5,216 x 1,926 x 1,512) hətta “S-Class W223” modelindən üstündür (5,179 х 1,954 х 1,503).
Təqdimatda bu il satışa çıxacaq iki model nümayiş etdirilib – “EQS 450+” və “EQS 580 4matic”.

Birinci “EQS 450+” modeli 328 at gücünə malikdir və yüz kilometrə qədər 6.2 saniyəyə sürətlənir. İkinci versiya olan “EQS 580 4matic” 520 at gücünə malikdir və yüz kilometrə qədər 4.3 saniyəyə sürətlənir.
Hər iki avtomobilin maksimum sürəti 210 km/s təşkil edir.

“EQS” modeli 108 kVt/s gücündə batareyaya malikdir (“Tesla Model S Long Range” ilə müqayisədə daha güclüdür). Belə böyük batareya sayəsində avtomobil 2.5 ton ağırlığındadır, bu da “S-Class W223”dən yarım ton, “Model S Long Range”dən isə 250 kq çoxdur.

Flaqman modelinə uyğun olaraq, avtomobildə çox sayda üstünlük mövcuddur – məsələn, qapıları düymə ilə açmaq və bağlamaq funksiyası. Onlardan bəziləri “W223” modelindən keçib və yalnız bir neçəsi (sürətli şarj) “EQS” üçün xarakterikdir.
Qeyri-standart funksiyalardan biri – avtomobilin səsini seçmək üçün üç variantın olmasıdır.

Salonda – “MBUX” multimedia-sisteminin son versiyası, eyni zamanda opsional “Hyperscreen” sistemi.
Qeyd edək ki, avtomobil salonu həmçinin 8-nüvəli prosessor və 24 GB operativ yaddaşla təchiz edilib. Bu səbəbdən onun tətbiq vasitəsilə idarə edilməsi funksiyasına malik olması gözlənilir.


Diler mərkəzlərinə “ESQ” bu ilin sonunda görünəcək. Qiymət hələ açıqlanmayıb, lakin müqayisə edilə bilən komplektasiyadan avtomobilin “W223”dən daha baha olacağı gözlənilir.
S-Class – “Mercedes-Benz” şirkətinin əsas modelidir və bu seqment tədricən elektrikli flaqmana keçməlidir.
Qeyd edək ki, “EQS” modelinin ciddi rəqibləri var – “Tesla Model S”dən başqa, yeni “Air” və “BMW i7” var.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33