Azərbaycanda borcu olanların siyahısı tutulacaq - YENİLİK
Məhkəmə prosesi zamanı iclasda bilavasitə iştirak edə bilməyən şəxslərlə (təqsirləndirilən şəxslər istisna olmaqla) texniki vasitələrdən istifadə olunmaqla, məsafədən videoəlaqə qurulacaq.
"BI" xəbər verir ki, bu, Prezident İlham Əliyevin 18 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Nazirlər Kabineti 2019-cu ul ərzində məhkəmə prosesi zamanı iclasda bilavasitə iştirak edə bilməyən şəxslərlə (təqsirləndirilən şəxslər istisna olmaqla) texniki vasitələrdən istifadə olunmaqla, məsafədən videoəlaqə qurulmasının təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin təqdim olunmasını təmin etməlidir. Ədliyyə Nazirliyinə gələn il "Elektron hökumətə” keçidin təmin edilməsi məqsədilə məhkəmə və ədliyyə orqanlarında İKT-nin tətbiqinə dair uzunmüddətli strategiyanın hazırlanması tapşırılıb.
Ədliyyə Nazirliyi həm də 2019–2023 - cu illərdə "Elektron icra” sisteminin funksionallığının təkmilləşdirilməsinə nail olmalıdır. Bu çərçivədə 2019-2023-cü illərdə "Elektron icra” sisteminin bütün icra qurumlarında tam tətbiqinin təmin olunmalı, dövlət qurumlarının, bank və kredit təşkilatlarının elektron məlumat bazaları ilə inteqrasiya edilməli, sistem çərçivəsində "Borcluların reyestri” elektron informasiya altsistemi, o cümlədən sistem çərçivəsində elektron hərraca dair funksionallıq yaradılmalı, notariusların icra qeydləri barədə elektron məlumatın qəbul edilməsi və icrası üçün avtomatlaşdırılmış qaydada aidiyyəti icra qurumlarına dərhal ötürülməsi təmin edilməlidir.
(c) BakuPost