ENA+

İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır

İran İsfahan vilayətinin Nətənz nüvə obyektində baş verən qəzadan sonra aprelin 14-dən uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır.

ENA.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.

A.Araqçı bildirib: "İran sabahdan uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağı barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırıb".

Qeyd edək ki, ötən həftə İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik paylama şəbəkəsində qəza baş vermişdi. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbək Salehi qəzanın terror aktı nəticəsində baş verdiyini bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)