Qarabağ

Kremldən “İsgəndər-M”lə bağlı Əliyev-Putin müzakirəsinə REAKSİYA

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı müzakirə apardığını söyləyib.

ENA.az xəbər verir ki, məsələyə Kremldən də reaksiya gəlib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı aparılan müzakirələri təısidqləyib.

“Qarabağda raket qalıqlarının tapılması mövzusunda Azərbaycan və Rusiya hərbi qurumları sıx dialoq şəraitindədir”-deyə Peskov söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)