Prezident Fəzail İbrahimlini odrenlə təltif edir
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 12 aprel 2021-ci il tarixində Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilsin” deyə sərəncamda deyilir.
Fəzail Feyruz oğlu İbrahimli — millət vəkili, Milli Məclisin sədr müavini, professor. Vətəndaş Həmrəyliyi Partiyasının üzvü və sədr müavini.
Fəzail Feyruz oğlu İbrahimli 12 Aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib.Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.
1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetinin Kommunist partiyası tarixi kafedrasında[1][2] müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Hazırda Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitabın, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir.