Axtar

İranın nüvə müəssisəsindəki partlayış uranın zənginləşdirilməsini 9 aya iflic edib

İranın Nətənz Nüvə Mərkəzindəki partlayış səbəbindən uranın zənginləşdirilməsi işlərini doqquz aydan tez bərpa etmək mümkün olmayacaq.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, “The New York Times”ın ABŞ kəşfiyyat orqanlarına istinadən verdiyi məlumata görə, təxribat İsrail kəşfiyyat xidmətlərinin gizli əməliyyatı olmuşdur.

İsrailin xüsusi xidmət orqanlarının gizli əməliyyatı nəticəsində enerji təchizatı sistemi məhv edilib. Bununla da, uranın zənginləşdirilməsi sentrifuqaların işi dayandırılıb. Amerika və İsrail kəşfiyyat orqanları İran müəssisəsindəki hadisədə İsrailin böyük rol oynadığını bildirsələr də, İsrail rəsmiləri bu fərziyyəni inkar edirlər.

Xatırladaq ki, daha əvvəl İsrailin “Jerusalem Post” qəzeti İranın Nətənz Nüvə Mərkəzinə edilən kiberhücum haqqında məlumat yaymışdır. İran rəsmiləri hadisəni İsrailin təxribatı kimi xarakterizə ediblər.

“İranın Nətənz Nüvə Mərkəzində qəza hücum və “nüvə terrorizmi”nin nəticəsidir”, – deyə İran televiziyasına açıqlamasında İran vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33