Şimali Koreyanı aclıq gözləyir
Şimali Koreya lideri Kim Çen In ölkədə kütləvi aclıq yaşanacağını elan edib.
ENA.az BBC-yə istinadən xəbər verir ki, Kommunist Partiyasının konfransında çıxış edən In ölkə sakinlərini ağır günlərə hazır olmağa çağırıb.
O, Şimali Koreyadakı hazırkı durumu 1990-cı illərin sonundakı vəziyyətlə müqayisə edib. Həmin vaxt kütləvi aclıq zamanı 10 mindən 3 milyona qədər vətəndaş aclığın qurbanı olmuşdu.
Ölkənin ağır duruma düşməsinin səbəbi kimi koronavirus pandemiyası fonunda əsas ticarət partnyoru Çinlə sərhədlərin bağlanması və beynəlxalq sanksiyalar göstərilir.