Sığorta

“Atəşgah Həyat”ın mənfəəti 24,5% azalıb: illik göstəricilər

2020-ci ilin yekunları üzrə “Atəşgah Həyat” sığorta şirkətinin xalis mənfəəti 24,5% azalaraq 4 milyon 985 min 725,67 manat təşkil edib. Halbu ki, 2019-cu ili 6 milyon 961 min 433,17 manat məbləğində xalis mənfəətlə başa vurmuşdu. 

“Atəşgah Həyat” sığorta şirkətinin maliyyə hesabatına əsasən, 2020-ci ildə gəlirləri 73 milyon 878 min 415,64 manat olub. Sığorta haqları 6,7% artaraq 41 milyon 839,644 min manat, investisiya gəlirləri 4 milyon 80,28 min manat təşkil edib. 

Ötən il şirkətin xərcləri 67 milyon 646 min 258,55 manat olub. Bunun 60 milyon 148,837 min manatı sığorta ödənişlərinin payına düçüb ki, bu da 3,1 dəfə artım deməkdir. Sığorta haqları üzrə qaytarılan vəsaitlərin həcmi 1 milyon 457,682 min manat, sığorta işinin aparılması xərcləri 4 milyon 928,988 min manat təşkil edib. 

Hesabat ilində “Atəşgah Həyat” sığorta şirkətinin vergi ödənilənədək mənfəəti 6 milyon 232 min 157,09 manat, mənfəət vergisi üzrə ödənişləri 1 milyon 246 min 431,42 manat təşkil edib.

2020-ci ildə şirkətin aktivləri 28,5% azalaraq 69 milyon 703,274 min manata düşüb. Kapitalı 6,7% kiçilərək 19 milyon 463,274 min manat təşkil edib. Həmçinin öhdəliklərində 34,4% azalma baş verib və 50 milyon 234 min manat olub. 

2020-ci ildə şirkət banklarda yerləşdirdiyi depozitlərinin 30,8%-ni geri çəkib və nəticədə 30 milyon 909,237 min manata qədər azalıb.

“Atəşgah Həyat” şirkətinin nizamnamə kapitalı 6,5 milyon manatdır və sığorta haqlarının yığımı üzrə sığorta şirkətlərinin beşliyinə daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)