ENA+

"ABŞ-la ən pis ssenariyə hazırıq"

"Moskva ABŞ-la münasibətlərin inkişafının ən pis ssenarisinə hazırdır".

“ENA” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Dmitri Peskov rusiyalı diplomatların deportasiyası ehtimalını şərh edərkən deyib.

O, Rusiyanın yeni ssenarilərə və yeni məhdudiyyətlərə müqavimət göstərməyə hazırlaşıb-hazırlanmadığına dair sualı cavablandırarkən bildirib ki, ümumilikdə ABŞ-ın hərəkətlərinin “düşmənçiliyi və gözlənilməzliyi pis ssenarilərə hazır olmağa vadar edir.

Bir müddət əvvəl “Bloomberg” ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Rusiyanı günahlandırdığı haker hücumlarına və Kremlin ştatlarda keçirilən seçkilərə iddia edilən müdaxiləsinə cavab olaraq rusiyalı diplomatları deportasiya etmək və yeni sanksiyalar qoymaq ehtimalını nəzərdən keçirdiyini bildirmişdi. Rusiya tərəfi isə dəfələrlə bu ittihamları əsassız adlandıraraq rədd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)