“Moody’s” SOCAR-la bağlı proqnozunu dəyişdi

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinq üzrə proqnozunu "Sabit"dən "Müsbət"ə dəyişib.
“ENA” xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda qeyd edilir.
Eyni zamanda “Moody’s” SOCAR-ın korporativ ailə reytinqini (CFR) Ba2, mümkün defolt reytinqini Ba2-PD, ilkin kredit qiymətləndirilməsi üzrə reytinqini b1 və şirkətin təminatsız istiqrazların reytinqini Ba2 səviyyəsində təsdiq edib.