Sənaye

Dünya Qızıl Şurası əsas qızıl alanların adını açıqlayıb

Dünya mərkəzi bankları fevral ayında 8.8 ton qızıl aldı, ancaq yanvar ayına nisbətdə bu alış zəifdir. Dünya Qızıl Şurasının (WGC)  məlumatına görə, alışlarda lider ölkələrin arasında 2 türk dövləti də var.
 

Hesabata əsasən, Hindistan 11,2 ton, Özbəkistan 7,2 ton, Qazaxıstan 1,6 ton və Kolumbiyadan 0,5 ton alış ediblər. Bu alışlar əsas satıcı olan Türkiyənin (11,7 ton) satışlarını üstələyib.

Eyni zamanda, Dünya Qızıl Şurası yanvarın nəticələrini yenidən nəzərdən keçirib. Əvvəllər açıqlanan 9,4 ton ümumi satışa, Filippindən 9,3 ton və BƏƏ-dən 6,9 ton da əlavə edilib.

Nəticədə, yanvar-fevral aylarında mərkəzi banklardan qızılın ümumi çıxışı 16,7 tona çatdı. Bu, son on ildən bəri illər üzrə ən zəif başlanğıcdır, deyə WGC qeyd edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)