Vakansiyalar

Kapital Bank işçi axtarır - VAKANSİYA

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Partnyor şəbəkəsinin idarə edilməsi departamenti Xidmətə dəstək və nəzarət şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Departament daxili sənədləşmənin təşkili, sənəd bazasının toplanması;
• Əməkdaşlığa dəstək üçün Partnyordan daxıl olan sorğuların və şikayətlərin icrası ilə bağlı müvafiq departamentlərə yönləndirilməsi və icrasının təqib olunması;
• Reklam vasitələrinin ehtiyatına nəzarət;
• Sayt və sosial şəbəkələrdə əməkdaşlıqla bağlı məlumatların təmin edilməsi;
• Departament daxili və partnyorlara müxtəlif hesabatların hazılanması;
• Gördüyü işlər haqqında Şöbə rəisinə gündəlik müvafiq formaya uyğun elektron hesabat təqdim edir;
• Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.

Tələblər

• Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat sahəsində təhsil arzuolunandır);
• Analitik düşünmə və İdarəetmə bacarıqları;
• Peşəkar səviyyədə Microsoft office proqramları bilikləri (xüsusi ilə Excel);
• SQL proqramlarında yaxşı səviyyədə bilik;
• Dil bilikləri: Azərbaycan, (İngilis və Rus dili arzuolunan).

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department