Gürcüstanın baş naziri koronavirusa yoluxub
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin koronavirusa yoluxduğu təsdiqlənib.
Bu barədə hökumət başçısının Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, İ.Qaribaşvili özünü yaxşı hiss edir, özünütəcrid rejiminə keçib və distant formada fəaliyyətini davam etdirir.