Bank

Müraciət edənlərə banklar niyə kredit vermir? - SƏBƏBLƏR

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bankların bir çox hallarda aqrar kredit adı ilə müraciət edən şəxslərə kredit ayrılmamasının səbəblərini açıqlayıb.

M.Əliyev xidmətin ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, bir çox hallarda kredit üçün müraciət edən şəxslərin heç bir təcrübəsi olmur.

“İnsan kənd təsərrüfatı sahəsində heç bir iş görmədən kredit almaq üçün müraciət edir. Bunu yoxlamaq üçün də banklarda heç bir mexanizm yoxdur. Digər hal kredit reyestrində vətəndaşların tarixçələri yaxşı olmur. Başqa məsələ, onlar bu kreditlərin mahiyyətini anlamadan müraciət edir. Məsələn, fermer bir çox hallarda məişət avadanlığı almaq üçün banklara müraciət edir. Ancaq bu kredit aqrar sahəyə yönəltmək üçündür. Və ya internet üzərindən mərc olyunlarında iştirak etmək üçün fermerlərə ayrılan kredit deyil. Kommersiya bankarında bir çox hallarda girovlara görə imtina gəlir. Beləliklə, kredit təyinatıkredit tarxiçəsiningirovların olmaması və yaxud da gəlirlərini təsdiq edə bilməməsi vətəndaşlara imtinalara səbəb olur”, - deyə M.Əliyev bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)