Azərbaycanla Türkiyə arasında daha bir sənəd imzalandı
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Türkiyənin Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında turizm həcminin artırılması istiqamətində əməkdaşlıq protokolu imzalanıb.
ENA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TÜRSAB-ın rəhbəri Firuz Bağlıkaya ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının iki ölkə arasındakı münasibətləri ümumiləşdirən ən gözəl cümlə olduğunu bildirib.
“Dostluğumuz strateji tərəfdaşlıqlarla daha da möhkəmləndikcə, hər keçən gün bu əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqdan məmnun oluruq. Bu əməkdaşlığı daha da inkişaf etdirəcək ən vacib sahələrdən biri də turizm sektoru olacaq”, - deyə o qeyd edib.
ATAA sədri Rüfət Hacıyev də imzalanan protokolla iki ölkənin turizm potensialının daha da artacağına ümid etdiyini vurğulayıb.