"Gömrük Komitəsi bu il büdcə öhdəliyinə 119% əməl edib"
![](https://ena.az/uploads/news/2021-04/_ena_70747acd512f17ea270ad8637_o.jpg)
"Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119,55 % əməl edib.
"ENA" xəbər verir ki, bunu DGK sədri Səfər Mehdiyev "Tvitter"də yazıb.
"Nəzərdə tutulan proqnozdan əlavə 153,5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub", - S. Mehdiyev bildirib.