12 milyon dollarlıq dələduzluq edən iş adamı həbsdə qaldı
Dələduzluq yolu ilə başqalarının külli miqdarda pul və əmlakını ələ keçirməkdə təqsirləndirilən iş adamı Ceyhun Canıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
"BI" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Ceyhun Canıyevin barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Canıyev doqquz il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. O, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilib.