Bank

Köçürmələrlə ölkədən çıxarılan və ölkəyə daxil olan pulun həcmi necədir? - RƏSMİ

2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi 2019-cu illə müqayisədə 17,1%, xaricə pul köçürmələri 29,1% artıb. Köçürmələr üzrə müsbət saldo isə 537,5 milyon dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, “2020-ci ildə Azərbaycana pul köçürmələri 1,1 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 1,7% çoxdur”, - deyə AMB-dən bildirilir.

Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 29,1% artaraq 556,5 milyon dollar təşkil edib.

Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə pul köçürmələrinin həcmini 97,7% üstələyib.

Nəticədə hesabat dövründə pul köçürmələri üzrə müsbət saldo 2020-ci il ərzində qeydə alınmış 503,1 milyon dollara qarşı 537,5 milyon dollar olub. Bu isə 6,8% artım deməkdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)