ENA+

“Boeing” “Alaska Airlines”a 23 ədəd “737 MAX” təyyarələri çatdıracaq

ABŞ-ın “Boeing” aerokosmik şirkəti “Alaska Airlines” aviaşirkətinə 23 ədəd “Boeing 737 MAX” təyyarəsinin tədarükünü nəzərdə tutan müqavilə imzalayıb.

TASS xəbər verir ki, müvafiq sənəd konsernin saytında dərc olunub.

Sənədə əsasən, razılaşma 2020-ci ilin dekabrında əldə edilib, ancaq müqavilənin şərtləri indi razılaşdırılıb.

Söhbət 23 ədəd dördüncü nəsil “737 MAX 9” təyyarəsinin tədarükündən gedir. “Alaska Airlines” şirkətinin “Boeing”dən sifariş etdiyi təyyarələrin ümumi sayı 120-dək artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)