Əhalinin dollarla olan əmanətləri 50,1%-ə düşüb
Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıqla məşğul olan şəxslərin fondları daxil olmaqla) 2021-ci ilin yanvar-fevral aylarında 2,5% artaraq 8 milyard 379,9 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə əhalinin xarici valyutada bank əmanətləri 1,2% artaraq 4 milyard 200,3 milyon manata çatıb və beləliklə, əhalinin bütün əmanətlərinin 50,1%-nə qədər yüksəlib. Halbu ki, 2020-ci ilin sonuna əmanətlərin xarici valyutada payı 50,8% təşkil edir.
Əhalinin milli valyutadakı əmanətlərinin həcmi yanvar-fevral aylarında 3,8% artaraq 4 milyard 179,6 milyon manata çatıb və bu bütün əmanətlərin 49,9%-ni təşkil edir.
28 fevral 2021-ci il tarixinə rezidentlərin bankdakı əmanətlərinin həcmi 8,98 milyard manat, qeyri-rezidentlərin 281,9 milyon manatdır. Hesabat dövründə rezidentlərin depozitləri 2,5%, qeyri-rezidentlərin əmanətləri 0,4% artmışdır.
Ümumiyyətlə, 28 fevral 2021-ci il tarixinə Azərbaycan banklardakı əmanət və depozitlərin həcmi 23 milyard 489,1 milyon manatdır ki, bu da 2020-ci ilin sonuna nisbətən 0,8% azdır.