Sığorta

"Xalq Həyat" xalis mənfəət açıqladı

“Xalq Həyat Sığorta" ASC 2020-ci ili 201 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 1,109 milyon manat zərərlə çıxmışdı.

“ENA” xəbər verir ki, ötən il “Xalq Həyat Sığorta"nın gəlirləri 3,032 milyon manat (illik müqayisədə 3,2 dəfə çox), xərcləri isə 2,831 milyon manat (38,5% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Xalq Həyat Sığorta"nın aktivləri 17,164 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 31,4% artaraq 3,102 milyon manata, balans kapitalı isə 1,45% artaraq 14,061 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Həyat Sığorta" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% "Xalq Sığorta" ASC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)