Birja

“Azfinance İnvestisiya Şirkəti" 1 milyon manatlıq istiqraz buraxır

“Azfinance İnvestisiya Şirkəti” QSC "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"ENA" bu barədə qiymətl kağızların İnformasiya Memorandumuna istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, yəni 1 milyon manatlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətl kağızlar 5 il müddətində tədavüldə olacaq. Emitentin tədavül müddətində onları geri alması nəzərdə tutulmayıb.

İstiqrazların illik faiz dərəcəsi, faizlərin hansi intervalla ödəniləcəyi isə hələ ki, açıqlanmayıb.

Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)