Məişət texnikası istehsalı bölməsini 3.7 mlrd. avroya satıb
Niderlandın “Philips” şirkəti məişət texnikası istehsalı bölməsini bağladığını açıqlayıb.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Onun yeni sahibi “Hillhouse Capital” investisiya şirkəti olacaq.
Razılaşmanın dəyəri 3.7 milyard avro olduğu təxmin edilir. Qeyd edək ki, əməliyyatlarla əlaqəli vergi xərcləri ödənildikdən sonra “Philips” təxminən 3 milyard avro gəlir əldə etməyi planlaşdırır.
“Bu sövdələşmə aktivlərimizin kütləvi satışını tamamlayır. Bundan sonra səhiyyə texnologiyasındakı liderliyimizi genişləndirməyə və peşəkar tibbi cihaz şirkətinə çevrilməyimizə davam etmək niyyətindəyik”, – deyə şirkətin baş direktoru Frans van Hauten söyləyib.
Bundan əlavə, “Philips” dünyada markasının adı altıda məişət texnikası istehsalı, satışı və marketinqi üçün müqavilə imzalayıb. Yaxın 15 ildə lisenziya ödənişləri təxminən 700 milyon avro təşkil etməlidir, müqavilənin ümumi dəyəri isə 4.4 milyard avroya yüksəlməlidir.
“Philips” şirkəti 1981-ci ildə qurulub və bir neçə dəfə fəaliyyət sahəsini dəyişdirib. 2000-ci illərdə şirkətin əsas fəaliyyəti tibbi avadanlıq istehsalı olub.