Vakansiyalar

Bu şirkətlər müxtəlif sahələr üzrə işçilər axtarır - MAAŞ 400-3500 AZN

Bayramlı Group şirkətinə Sürücü tələb olunur.

İş rejimi 6 günlükdür (bazar günü istirahət günüdür)

09:00-18:00/19:00

* Avtomobilin olması mütləqdir.

- Sürücülük vəsiqəsində B kateqoriyası olmalıdır
- İşçi Bakı şəhərini yaxşı tanımalıdır
- İşçi fiziki sağlam və məsuliyyətli olmalıdır
- İşçi komandada işləməyi bacarmalı, etibarlı, operativ və dəqiq olmalıdır
- Səliqəli və diqqətli avtomobil idarə etmək qabiliyyəti
- Yaş həddi 25-35.(rus dili arzuolunandır)

Əmək haqqı: 400+100benzin pulu

Ətraflı məlumat üçün: 0773602221
E-mail ünvanına şəkilli CV + maşının markasını göndərin: İnfo@bayramligroup.com

***

Şirkət: VOOP

Vəzifə: PHP Proqramçı

Şirkətimizin məhsuldar komandasına qatılmaq üçün çalışqan bir şəxs axtarırıq.

- Mövcud və yeni layihələr üçün REST web xidmətləri, API-lərin və yeni modulların yazılması.
- Deployment infrastrukturunu, performansını, testini və kod keyfiyyətini yaxşılaşdırmaq.

Namizədə tələblər:

- Advanced OOP PHP knowledge
- Advanced MySQL knowledge
- Writing clear and easy readable code
- Previous experience with writing php packages
- Writing Rest/SOAP API
- Comfortable writing migrations, PHP unit tests
- Docker knowledge
- Linux knowledge
- Git experience

İş qrafiki: həftənin 5 günü, saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 15:00-dek
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: 1000 – 1200 AZN

Yalnız iş təklifindən dərhal sonra işə başlaya biləcək namizədlər nəzərdən keşiriləcəkdir.
Müraciət etdiyiniz vəzifənin adını hr@voop.az email-in mövzu hissəsində “PHP Proqramçı” şəklində göstərməyiniz xahiş olunur.

***

Şirkət: CISCT

Vəzifə: PR/Satış meneceri 

İş barəsində məlumat:

- Əmək haqqı: 700-1000 AZN + satışdan əlavə bonus
- İşçi telefon və yeni kompüter ilə təmin olunacaq
- İş qrafiki: 10:00-19:00
- İstirahət günü: Bazar

Vəzifə öhdəlikləri:

- Rəqəmsal məhsulların satışı
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasına nəzarət
- Müştərilərdən gələn zəngləri cavablandırmaq, problemlərini ən qısa zamanda həll etmək üçün çalışmaq
- Bazar araşdırmalarının aparılması və satış planlaşdırılması
- Müştərilər ilə görüşlərin təşkili və məhsulları müştərilərə təqdim etmək
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun avadanlıqların təklif olunması
- Həftəlik və aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək
- Satış sonrası əməliyyatları, ödəmə proseslərini izləmək
- Səliqəli xarici görünüşə daim nəzər yetirmək

Tələblər:

- Yaş: 23-35
- Ən azı 1 illik iş təcrübəsi
- Kompüter bilikləri (Ofis proqramları: Word/Excel/PowerPoint/Outlook)
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili orta bilmək
- Ünsiyyətcil, inkişafa meyilli və daim gülərüz olmaq
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq

Uyğun namizədlər “hr@cisct.com” ünvanına “Satış təmsilçisi” başlığı ilə öz CV-lərini göndərə bilərlər.

***

Şirkət: AEV MMC

Vakansiya: TİCARİ MARKETİNQ MENECERİ

Vəzifə öhdəlikləri

• Məhsulun təşviqi strategiyasının hazırlanması və həyata keçirilməsi;
• Bazarın monitorinqi ,təhlili və rəqabət mühitinin öyrənilməsi;
• Ticarət fəaliyyətinin təqviminin hazırlanması və həyata keçirilməsi;
• Ticarət marketinq tədbirlərinin (BTL, promosyonlar, , təqdimatlar və s.) inkişaf etdirilməsi, təşkili, səmərəliliyinin qiymətləndirilməsi;
• Satışın təhlili, planlaşdırılması, satış səmərəliliyinin artırılması üçün tədbirlərin hazırlanması;
• Məhsulun qiymətləndirilməsi , yeni bir məhsulun bazara çıxarılmasında iştirak;
• Tərəfdaşlar və müştərilərlə effektiv əlaqələrin yaradılması
• Satışın dinamikasına nəzarət, təhlilərin aparılması
• Satış işçilərinin təlimi; - satış işçiləri üçün motivasiya proqramlarının hazırlanmasında iştirak;
• Marketinq büdcəsinin planlaşdırılması və icrasına nəzarət;
• POS-materialların hazırlanması işinə nəzarət;

Tələblər

• Ali təhsil
• Müvafiq sahədə 3-5 il təcrübə
• Ticari marketinqin istiqamətlərini bilmək.
• Marketinqin əsasları, məhsulun təşviqi vasitələri, tanıtım üçün istifadə olunan əsas POSM növləri haqqında məlumat.
• Ticari marketinqi sahəsində analitik bacarıq
• Dil bilikləri: İngilis və Rus dili

İş şəraiti

• 6 günlük iş hətəsi
• Əmək haqqı 2500-3000

Vakansiya ilə maraqlanan namizədlər CV –ni hr@aev.az elektron ünvanının mövzu bölməsində qeyd etməklə müraciət edə bilərlər.

***

Şirkət: Rəmzioğlu paxlava

Vəzifə: Satış

Vəzifə: Satıcı

Əmək haqqı: 400-600 azn

- Hazır paxlava məhsullarının satışını həyata keçirmək.
- Həftədə bir gün istirahət.
- Maaşdan əlavə sabit və satışa görə bonuslar.
- İşdə göstərilən bacarıqlara əsasən perspektiv və vəzifə artımı imkanları.
- Mağaza 28 may və Sahil metrolarının yaxinlığında yerləşir.
- Günorta və axşam yeməyi daxildir

 

Yaş: 25 - 35 yaş
İş təcrübəsi: Minimum 1 il - Maksimum 3 il
Təhsil:Orta
Dil biliyi:Azərbaycan, Rus - mütləq
İş qrafiki:Tam iş günü

Namizədə tələblər:

Satış bacarığı və bu sahədə tərcubəsi olan.
Məsuliyyətli və işinə ciddi yanaşan.

Email: manager.ramzioglu@gmail.com

***

Natuzzi və Lazzoni mebel mağazaları üçün Müdir vakansiyası!

İş barədə məlumat

- Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirmək
- Bazarın araşdırılması, potensial müştərilərin müəyyən edilməsi
- Müştərinin ehtiyaclarını və gözləntilərini analiz edib onun istəklərinə uyğun həll yolları tapmalıdır
- Şərtsiz müştəri məmnuniyyətini ön planda tutaraq. İşlədiyi mağazanın satış hədəflərini gərcəkləşdirməlidir
- Layihələndirilmiş satışların, satış sonrası xidmətiləri də daxil olmaqla prosedur qaydalarına uyğun olaraq idarə edəcək.
- Satışın planlaşdırılması və icrası.
- Satış menecerlərinin təlimatlandırıması, hədəflərin təyin olunması
- Satış və qiymət strategiyasının hazırlanmasında, strateji planlaşdırmada öz səlahiyyətləri daxilində iştirak etmək
- Müştəri bazasının artmasını və keyfiyyətini təmin etmək
- Mövcud müştərilərlə mütəmadi əlaqə saxlamaq, əlaqələri inkişaf etdirmək, müştəri məmnuniyyətinin ölçülməsini təmin etmək

Namizədlər üçün tələblər

İxtisas / Təhsil:

- Ali təhsil

Təcrübə:

- Pərakəndə satış sahəsində ən az 3 il iş təcrübəsi

Professional Biliklər:

- Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
- MS Office Proqramlarını mükəmməl bilmək
- Müştəri xidmətləri
- Satış üsulları

Professional Bacarıq və Kompetensiyalar:

- Mağaza və satış sahəsində kariyera planı olan
- İnteryer ve dizayn sahəsində yenilikləri və trendləri yaxından təqib edən
- İdarəetmə bacarıqları
- Liderlik
- Satış bacarıqları
- Ünsiyyətcil olmaq

Əmək haqqı: 1000-1500 + Aylıq Bonus

E-mail: samsung-022@mail.ru

***

Şirkət: Agro-West DC LLC

Vakansiya: Baş Mühasib
Əmək haqqı: 3000-3500 azn

- Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
- Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparılır;
- Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
- Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
- Ayın bağlanmasını həyata keçirir;
- Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;

Vəzifəyə olan tələblər

• Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
• Təcrübə: Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayaraq iş stajı;
• Kompyuter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, ERP və digər İT platformalarda işləmə bacarığı;;
• IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
• Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
• Dil biliyi: Azərbaycan, Rus

E-mail: hr@agrowestdc.az

***

Vakansiya: Şəxsi sürücü

Tələblər:

- Sürücülük təcrübəsi - 3 ildən artıq
- Sürücülük vəsiqəsi – B kateqoriyası
- Yaş həddi: 30 - 50 yaş
- Azərbaycan və rus dillərini bilməsi mütləqdir
- Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir

Vəzifələr:

- Avtomobilin idarə edilməsi
- Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılması
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edilməsi

İş barədə məlumat

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-VI günlər, 08:00-19:00
- Əmək haqqı: 700 AZN-dən

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Şəxsi sürücü” qeyd edərək CV- lərinizi manager.recruitret@gmail.com elektron ünvanına göndərməyiniz xahiş olunur.

***

Şirkət: Novikov Group

Vəzifə: Ofisiant

- Müvafiq sahədə 1-3 il iş təcrübəsi
- Cinsi: kişi (20-35 yaş aralığı)
- Etik davranış qaydalarına sahib olmaqlı
- Diqqətli, məsuliyyətli və cəld
- Komandada işləmək bacarığı
- Gülərüzlü və hörmətli olmalı
- Dinləmə mədəniyyəti
- Xarici görünüşünə diqqət göstərməli
- Danışıq qabiliyyəti yüksək olmalı
- Qonaqlardan sifarişləri diqqət və nəzakətlə qəbul etmək
- Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
- Qonaqlara yüksək səviyyədə xidmət göstərmək
- Menyu təqdim etmək və sifarişi qəbul etmək
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək və s.
- Rus dili bilikləri şərtdir, ingilis dili bilikləri arzu olunandır
- İş qrafiki: 5 günlük iş həftəsi, növbəli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@novikovgroup.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Ofisiant” qeyd olunmalıdır) göndərə bilərlər.

***

Katibə/ ümumi işlər üzrə mütəxəssis

Vəzifə öhdəliklər:

• Şirkətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq sədr müavininə təqdim etmək;
• Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək;
• Rəhbərliyin tələb etdiyi məlumatlar barədə Şirkətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra sədr müavininə təqdim etmək;
• Rəhbərliyin şirkət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək;
• Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələblər

• Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri arzuolunandır.
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və məxfilik;
• Sənədlərlə işin və kargüzarlığın düzgün aparılması, hazırlanan sənədlərin məzmununun dəqiq, aydın və ardıcıl olması, keyfiyyətli tərtibatı bacarıqları.
• Ali təhsil;
• Uyğun sahədə minimum 1 il iş təcrübəsi.
• Qadın namizəd.

Əmək haqqı: 800 manat (Vergi və digər ödənişlər daxil olmaqla)

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Katibə/ ümumi işlər üzrə mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) recruitment.planning20@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

***

Şirkət: Zaferoglu Construction

Vəzifə: Mebel üzrə dizayner

İş barədə məlumat:

- İndividual sifarişlərlə dizayneri tələb olunur
- Müştərinin istəyinə uyğun mebelləri dizayn etməyi
- Standart ölçüləri bilməlidir
- Mebel texnologiyasından xəbərdar olmağı şərtdir
- İş qrafiki 5 gün : 09:00-dan 18:00-dək
- 6 gün : 09:00-dan 17:00-dək

Namizədə tələblər:

- Mebel istehsalı və mebellərin dizaynı sahəsində təcrübəsi olması
- İstehsal prosesində verilən dizaynın düzgün reallaşdırılmasına nəzarət
- Mebellin material xərcini hesablaya bilməsi arzuolunandır.
- Əmək haqqı: 600-800 AZN

Namizədin bilməli olduğu proqramlar:

- 3d`s max, Corona renderer ( və ya V-ray )

Telefon:
(070) 511-11-71
(012) 488-07-83

E-mail: info@zaferoglu.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department