ENA+

Avropa İttifaqından Çinin sanksiya qərarına CAVAB

Çinin Avropa İttifaqının rəsmilərinə qarşı sanksiya tətbiq etmək qərarı təəssüf doğurur və qəbuledilməzdir.

“ENA” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell bildirib.

“Bu tədbirlər təəssüf doğurur və qəbuledilməzdir. Avropa Birliyi insan haqlarını müdafiə etmək öhdəliyini dəyişdirməyəcək. Çinin qarşıdurmada deyil, Avropa Birliyi ilə insan hüquqları mövzusunda dialoqa cəlb olunmasını istəyirik” , - ali təmsilçi bildirib.

Qeyd edək ki, Çin Xalq Respublikası Sinszyan-Uyğur muxtar vilayəti ilə bağlı Avropa İttifaqının parlamentarilərinə, alim və siyasətçilərinə, dörd hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)