Bank

Azərbaycanda cari hesablardan elektron köçürmələrinin həcmi kəskin artıb

2020-ci ildə Azərbaycanda ödəniş kartları ilə həyata keçirilmiş nağdsız əməliyyatların həcmi 6,4 milyard manat təşkil edib. 

“2020-ci ildə ölkə üzrə nağdsız ödəniş göstəricilərində əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli artım müşahidə olunub. 2020-ci il üzrə elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin həcmi 95,7 milyard manat (56,3 milyard dollar), eyni zamanda ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş nağdsız əməliyyatların həcmi 6,4 milyard manat (3,8 milyard dollar) təşkil edərək tarixi maksimuma çatıb”, - deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, 2020-ci ildə ödəniş kartları ilə ölkə daxilində həyata keçirilmiş əməliyyatların həcmi 2019-cu illə müqayisədə 26%, nağdsız əməliyyatların həcmi 34% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)