Peter Navarro: Fed faiz artırmamalıdır
ABŞ Prezidenti Donald Trampın Ticarət müşaviri Peter Navarro, "İqtisadiyyatın böyüdüyü mühitdə Fed Çərşənbə günü faiz artırmamalıdır" deyib.
"BI" xəbər verir ki, CNBC-yə verdiyi müsahibəsində bazarlardakı volatilliyə görə Fed-i günahlandıran Navarro, "Fed, məlumatlara baxmalıdır. İldə üç dəfə faiz artırmaq dəlilikdir",- deyib.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, sosial media platforması "Twitter"dən verdiyi açıqlamada "Fed-in faiz artırmağı düşünməsi belə ağlasığmazdır" deyib.
Tramp, "Dolların güclü, demək olar ki, inflyasiyanın olmadığı və dünyanın çalxalandığı, Parisin yandığı, Çinin pis vəziyyətdə olduğu" bir dövrdə Fed-in faiz artırmağı qiymətləndirməsinin belə "ağlasığmaz" olduğunu bildirib.
Fed, Çərşənbə günü başa çatacaq ilin son iclasının ardından saat 23:00-da qərarını açıqlayacaq. Fed-in faiz artıracağı gözlənilir.