Aqrar

Rusiya 18 ton pomidoru geri qaytardı və sahiblərini məsuliyyətə cəlb etdi

Bu il Azərbaycanda pomidor bolluğudur. Rusiyadan geri qaytarılan xəstə pomidorlar yerli bazarları bəzəməyə başlayıb.

ENA.az xəbər verir ki, Rosselxoznadzorun Dağıstan Respublikasındakı İdarəsi bildirir ki, mart ayının əvvəlindən etibarən Azərbaycandan 18 ton pomidorun Rusiya Federasiyasına girişinə icazə verilməyib.

“Fitosanitar nəzarət zamanı Azərbaycandan 18 ton pomidorun Rusiya Federasiyası ərazisinə girişinə icazə verilmədi. Məhsulların saxlanmasının səbəbi pomidorlarda güvənin (Tuta absoluta Povolny) aşkarlandığını təsdiqləyən laboratoriya hesabatı oldu”, deyə bildirilir. 

Məlumata görə, mallar yenidən Azərbaycana qaytarılıb. Bundan əlavə, mal sahibləri Rusiya Federasiyası İnzibati Məcəlləsinin 10.2 ("Tənzimlənən məhsulların idxalı və ixracı qaydalarının pozulması") maddəsilə inzibati məsuliyyətə cəlb ediliblər. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)