Sosial iqtisadiyyat

Müavinət və təqaüdlərin təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısına yeni maddə əlavə olundu

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə bir sıra şəxslər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşlər.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsin ölümündən sonra və ya həmin ad verilmiş şəxs vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün veriləcəyi ailə üzvlərinin dairəsi müəyyən olunmuşdur.

Bununla əlaqədar “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısına müvafiq olaraq yeni maddə əlavə olunmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)