Qarabağ

“Qazprom” Azərbaycan ərazisindən Ermənistana qaz tədarük edəcək

Rusiya qazının Ermənistana tədarükü Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərinin təmiri səbəbindən müvəqqəti olaraq Azərbaycan ərazisindən keçəcək.

ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Martın 16-da Rusiya şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan ərazisindən qaz nəqli üçün qısamüddətli müqavilə imzalayıb.

“Müqavilə Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən keçərək, Gürcüstanla sərhədədək istehlakçılara çatdırılmasını nəzərdə tutur”, – deyə “Qazprom” bildirib. İş təxminən üç həftə davam edəcək, başa çatdıqdan sonra qaz nəqli əvvəlki marşrutla Rusiya və Gürcüstan sərhədi boyunca davam edəcək.

Qeyd edək ki, 2020-ci ildə “Qazprom” Ermənistana 2.209 milyard kubometr qaz tədarük edib. 2021-ci ildə tədarük həcmi 9% artaraq 310 milyon kubometrə çatıb.

2020-ci ilin dekabrında “Gazprom Export” və “Gazprom Armenia” Ermənistana qaz tədarükü müqaviləsini 2021-ci ilin birinci rübünə qədər uzadıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)