Bank

“Express Bank”ın səhmdarlarının pay bölgüsü dəyişəcək

Aprelin 15-də, saat 12:00-da “Express Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“ENA” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanında ("Demirchi Tower" iş mərkəzinin 8-ci mərtəbəsində) yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Express Bank"ın səhmdarlarının nizamnamə kapitalındakı iştirak paylarının dəyişdirilməsi, Bankın 2020-ci ildə əldə etdiyi xalis mənfəətin bölüşdürülməsi, bankdaxili maliyyə hesabatlılığına baxılması, digər cari və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 21,6 %-i “Enerqoservis” MMC-yə, 19,5 %-i Hikmət Xammədova, 9,8 %-i Hafiz Seyidova, 0,3 %-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)