Axtar

Azərbaycan çay idxalını 18% azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 7,2 milyon ABŞ dolları dəyərində 1 920 ton çay idxal edib.

“ENA” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon ABŞ dolları (18,4 %) və 409 ton (17,5 %) azdır.

Hesabat dövründə çay idxalı Azərbaycanın ümumi idxalının 0,45 %-ini təşkil edib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33