Elm və Texnologiya

Facebook “Instagram” və “WhatsApp”ın funksiyalarını birləşdirir

WhatsApp yeni funksiya üzərində işləyir. 

ENA.az Türkiyə Mediasına istinadən xəbər verir ki, WhatsApp-ın üzərində işlədiyi yeni funksiya, İnstagramdakı Reels videolarının WhatsApp-dan izlənilməsinə imkan verəcək. Başqa sözlə, istifadəçilər bu funksiyanı işə saldıqdan sonra yerləşdirəcəkləri Reels (qısa müddətli video) videoları üçün İnstaqram-a müraciət etmək məcburiyyətində qalmayacaqlar. WhatsApp bu cür videoları birbaşa aça biləcək.

Qeyd edək ki, dünyanın ən böyük sosial şəbəkə şirkəti Facebook bir müddətdir sahib olduğu platformaları birləşdirməyə çalışır. Şirkət son illərdə onlarla addım atıb, bunların ən sadə nümunələrindən biri də Instagram və Facebook tətbiqlərinin birbaşa mesajlaşma xidmətlərini birləşdirmək idi. İndi isə Facebook  Instagram və WhatsApp-ın funksiyalarını birləşdirməyi düşünür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)