Avtomobil

“Canoo” startapı elektrikli pikapın layihəsini TƏQDİM EDİR

Kaliforniyanın “Canoo” startapı yeni elektrikli pikapının konseptini təqdim edib. Verilən məlumata görə, bu avtomobili artıq 2021-ci ildə sifariş etmək mümkün olacaq. 

ENA.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

“Canoo” şirkəti pikapını 2023-cü ildə buraxmağı planlaşdırır – o vaxta qədər şirkət “Tesla”, “Hummer”, “Ford F-150” və “Rivian” ilə rəqabət etməli olacaq. 

Hal-hazırda startap “mikrofabrik” yaratmaq üçün digər ştatlarla danışıqlar aparır, istehsalçı avtomobillərini orada yığmağı planlaşdırır. 

Qeyd edək ki, pikap bir neçə açılıb-bağlanan səthə malikdir. Ən bahalı model 200 mil (320 km), ən büdcəli model isə 100 mil (160 km) məsafə hərəkət edə biləcək. 

“Canoo” – 2017-ci ildə qurulan elektromobil istehsalçısıdır. Şirkət ilk elektrikli avtomobilini 2019-cu ilin sentyabrında təqdim etmişdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)