Hesabatlar

Azərbaycanda adambaşına 871,8 dollar xarici borc düşür: 2020-ci ilin nəticəsi

2020-ci ilin sonunda Azərbaycanın birbaşa və zəmanətli xarici dövlət borcu 8 milyard 821,5 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin sonuna nisbətən 3 faiz azdır.

"Bu məbləğin 5 milyard 289,6 milyon dolları birbaşa dövlət borclarının, 2 milyard 810,8 milyon dolları xarici valyutada dövlət qiymətli kağızlarının, 721,1 milyon dolları şərti öhdəliklərin payına düşür". 

2020-ci ildə xarici dövlət borcuna xidmət üçün 1 milyard 85,1 milyon dollar xərclənmişdir. Bunun 816,4 milyon dolları əsas borcun ödənilməsinə, 268,7 milyon dollar isə faiz ödənişlərinə xərclənmişdir.

Ümumiyyətlə, 1 yanvar 2021-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20,7% -ni təşkil etmişdir.

Adambaşına düşən xarici borc 871,8 dollardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)