Vakansiyalar

Müxtəlif sahələr üzrə işçilər tələb olunur - MAAŞ 800-1000 AZN - 10 VAKANSİYA

1

Şirkət Diamond Glass Azerbaijan MMC

VAKANSİYA - MEBEL İSTEHSALAT RƏHBƏRİ

Əmək haqqı : 800 - 1000 + bonus
İş Rejimi: I-VI günlər / 09:00 - 18:00

İş Barədə Məlumat

• SAHƏ: Mebel istehsalatı: MDF, LAMİNANT, TAXTA, ŞPON
• İş yeri: Novxanı qəsəbəsi
• istehsal fəaliyyətinin idarə və təşkil edilməsi
• Hazırlanan məhsulun keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılmasının təmin edilməsi.
• Zay məhsul buraxılışının qarşısının alınması
• Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi
• Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi, daxili nizam-intiazm və təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət. Əməkdaşların iş ərazilərinin təmizliyinin təmin edilməsi.
• Hesabatların vaxtında tərtib edilməsi, yoxlanılması və rəhbərliyə təqdim olunması
• Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını
• İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət edilməsi
• Məhsulun hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatların keçirilməsi
• İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi
• Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Namizədə Olan Tələblər

• Təhsil - Ali (Mexanika, avtomatika və energetika mühəndisliyi, İdarəetmə)
• İş təcrübəsi: 3-7 il (istehsalat üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
• İstehsalatın təşkilini və texnologiyası
• İstehsal olunan məhsulların keyfiyyətinə olan ümumi tələblər
• Xammal və yarımfabrikatların məsrəf normaları
• Əməyin qorunması, texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarını
• İdarəetmə bacarığı
• İşdə dəqiqlik, məsuliyyətli və komandada işləmək bacarığı
• Operativ və nizam-intizamlı olmaq

Namizədlərdən CV-lərini vakansiya adı qeyd etməklə hr@dga.az ünvanına göndərmələri xahiş olunur. CV-lərdə şəkilin olması vacibdir.

2

Şirkət: “Kristal Abşeron” MTK

REGİONLAR ÜZRƏ ANBARDAR TƏLƏB OLUNUR (GƏNCƏ,LƏNKƏRAN,SƏLYAN )

Əmək haqqı - Razılaşma yolu ilə

Tələblər:

- Təhsil: Ali
- Iş təcrübəsi: En azı 1 il
- Yaş: 24:40
- Cins : Kişi
- İş yeri :REQİONLAR ÜZRƏ (Gəncə,Lənkəran,Səlyan)
- Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
- Kompüter bilikləri: MS Excel, MS outlook, və 1C

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Vəzifələri:

1. Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
2. Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
3. Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
4. Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
5. Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
6. Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
7. Anbarda mövcud bütün mal - materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
8. Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
9. Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
10. Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
11. Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
12. Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
13. Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
14. Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.

İş şəraiti

- İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək
6 gün,09:00-dan 13:00 –dək

Əlaqələndirici şəxs: Rüfət Abdulla

Elektron ünvan: hr@kristalabsheron.az

3

Şirkət SCENTLINQ

Vəzifə adı : Satış meneceri

Vəzifə öhdəlikləri

• Yeni müştərilərin şirkətə axtarışı və cəlb edilməsi;
• Müştərilərə məhsullar haqqında dolğun məlumat verilməsi;
• Daxil olan sifarişlərin qeydə alınması və operativ şəkildə servis xidmətinə məlumat verilməsi;
• Müştəri məmnuniyyətinin təmin edilməsi;
• İşgüzar və korporativ danışıqların aparılması;
• Günlük,həftəlik və aylıq hesabatların verilməsi;

Tələblər

• Xanım namizədlər (25-40 yaş)
• Ən az 2 il müvafiq sahə üzrə iş təcrübəsi
• Azərbaycan dilində səlis danışıq, Rus dili arzu olunandir
• Şəxsi nəqliyyat vasitəsi olması arzu olunandır

• İş yeri: Nəriomanov, Əhməd Rəcəbli;
• İş saatı: 09:00-18:00;
• İş günləri : Bazarertəsi-Cümə tam gün, Şənbə günü isə 10.00-15.00
• İstirahət günləri :Bazar günü
• Əmək haqqı: 450 AZN +bonus.
• Nəqliyyat və danışıq-rabitə xərcləri şirkət tərəfindən ödənilir.

Vakansiyaya müraciət üçün, CV formanızı info@scentlinq.az elektron poçtuna “Satış meneceri” mövzusu ilə göndərməyiniz xahiş olunur.

4

“PAŞA Sığorta” ASC

Ağsu regionu üzrə vakansiya “Qəza komissarı - mütəxəssis”

Vəzifə və Öhdəliklər:

• Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
• Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;
• Müştərinin müraciəti əsasında IMS Protech elektron bazasında hadisə üzrə müraciətin daxil edilməsi;
• Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq;
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;
• Baş vermiş hadisə yerinə çıxışın həyata keçirilməsi, müvafiq aktların tərtib edilməsi, hadisə yerinin, iştirakçıların sənədlərinin, sığorta predmetinin və hadisə yerinin foto və ya video çəkilişlərinin aparılması;
• Lazım gəldikdə hadisə yerindən avtonəqliyyat vasitələrinin evakuasiyasının təmin edilməsi;
• Hadisə yerində sığorta dələduzluğu faktı və ya kənar izlərin aşkarlaması halında ilkin aktda müvafiq qeydlərin aparılması;
• Hadisə yerinə səlahiyyətli dövlət orqanlarının və digər qurumların əməkdaşlarının gəlməsinin təşkil edilməsi;
• Nəqliyyat vasitələrinin sığorta hadisələrində sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması şübhəsi olduğu təqdirdə hadisə iştirakçılarını səlahiyyətli orqanının nümayəndələri ilə birlikdə tibb məntəqəsinə qədər müşayiət edilməsi;
• Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların, hadisəyə dair əldə olunmuş foto və video çəkilişlərin, sənədlərin IMS Protech elektron bazasında və ya File Server-də yerləşdirmək;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

BİLİKLƏR

• Ali təhsil;
• Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
• Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Dil bilikləri: Azərbaycan sərbəst istifadə etmə bacarığı, rus və ingilis dilinin işlək səviyyədə olması.

TƏCRÜBƏ

• Minimum 2 il iş təcrübəsi. Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum iş təcrübəsi arzuolunandır.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Problemlərin həlli bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Liderlik;
• Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 23 Mart 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını - Qəza komissarı - mütəxəssis-Ağsu “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

5

Şirkət Diamond Glass Azerbaijan MMC

SATIŞ MENECERİ (MEBEL İSTEHSALI)

Əmək haqqı : 700 azn + Xərclər + Bonus
İş Rejimi: I-VI günlər / 09:00 - 18:00

İş Barədə Məlumat

• SAHƏ: Mebel istehsalatı: MDF, LAMİNANT, TAXTA, ŞPON
• İş yeri: Novxanı qəsəbəsi
• Müştərilərlə(partnyorlarla) ziyarət, zəng və email vasitəsi ilə əlaqələrin qurulması;
• Gündəlik müştəri(partnyor) ziyarətləri , Yeni müştərilərin(partnyorların) cəlb edilməsi.
• Məhsulların və xidmətlərin müştərilərə təqdimatı,tanıtdırılması və təkliflərin verilməsi.
• Ziyarət nəticələrinin izlənilməsi;
• Sifarişlərin alınması və layihə prosesinin idarə edilməsi və izlənməsi.
• Bazar araşdırması. Məhsul və rəqib analizi.
• Müştərinin(partnoyorların) satış potensialının artırılması.
• Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
• İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
• İş yeri: Novxanı qəsəbəsi

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Namizədə Olan Tələblər

• Ali təhsil;
• Satış sahəsində Minimum 3 il iş təcrubəsi; (Mebel satış sahəsində iş təcrübəsi olanlara üstlük veriləcək)
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• MS Office ilə qabaqcıl istifadə bacarıqları;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, Rus dili üstünlükdür;
• Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
• Təqdimat bacarığının olması;
• Sürücülük vəsiqəsi: kateqoriya B;
• Şəxsi avtomobil

Namizədlərdən CV-lərini vakansiya adı qeyd etməklə hr@dga.az ünvanına göndərmələri xahiş olunur. CV-lərdə şəkilin olması vacibdir.

6

Şirkət Magenta

PEŞƏKAR QRAFİK DİZAYNER AXTARIRIQ !!!

İş barədə məlumat:

- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirmək
- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi
- Jurnal, buklet, flayer, broşür, poster və kataloqlar üçün dizaynların hazırlanması
- Brandbook, loqotiplərin, korporativ məhsullarının dizaynlarının yaradılması
- İş şəraiti: Poliqrafiya və reklam sahəsi
- İş saatı: 09-00-dan 18-00-dək;
- İş günü: Həftə-nin I-V günləri
- Əmək haqqı : 800-1000 AZN

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Şəxsi keyfiyyətləri:

- Daim öyrənmək və inkişaf etməyə meyilli;
- Kreativ düşünən və yeniliklərə açıq;
- Son dizayn trendləri ilə işləmək;
- Komandada işləmək bacarığı;
- Operativ, məsuliyyətli və işə planlı yanaşan;
- Təmkinlilik, etibarlılıq, özünəinam.

Əlavə tələblər:

- İş təcrübəsinin reklam agentliyindən olması üstünlükdür.
- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

CV və Portfoliolarınızı “Qrafik Dizayner” başlığı ilə info@magenta.az ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir).

7

Şirkət Novo Group

Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri “Risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

ÖHDƏLİKLƏR:

• Mövcud biznes proseslərin təhlilini aparmaq;
• Tənzimləyici sənədləri yaratmaq;
• Proseslər üzrə yarana bilən riskləri müzakirə etmək və təcili görülməli tədbirlər barədə Rəhbərliyə məruzə etmək;
• Biznes proseslərin optimallaşdırılması istiqamətində təhlillər aparmaq;
• Hər bir əməliyyat bölməsində risklərin idarə edilməsi fəaliyyəti barədə müntəzəm olaraq hesabatları təqdim edən sistemin fəaliyyət göstərməsini təmin etmək;
• Şirkətin risklərinin idarə edilməsi sahəsində ümumi fəaliyyəti təşkil, təmin və təhlil etmək;
• Şirkətin qaydalarda və təlimatlarda risk sahəsinə aid olan bütün tələblərinin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət etmək.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

TƏLƏBLƏR:

- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan dilini mükkəməl bilməli (rus və ingilis dili bilikəri arzuolunandır);
- Kompüter bilikləri yüksək səviyyədə (MS Office);
- Hüquq, idarəetmə, korporativ münasibətlər və ya metodologiya sahəsində ali təhsil və yaxud bu istiqamətlərdən birində 2 il iş təcrübəsi;
- Stressə davamlılıq;
- Ünsiyyət qurma bacarığı;
- Şəxsi inkişaf istəyinin olması

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi hr.department@novogroup.az ünvanına göndərin.

8

Şirkət: SETİN

Vakansiya Tibbi Nümayəndə

İş barədə məlumat

Stabil əmək haqqı və mükafatlar

- Aylıq məvacib - 500-600 AZN (stajdan və potensialdan asılı olaraq)
- 20-35 yaş arası namizədlər arsında seçim olacaq
- Satışdan bonus
- Karyerada yüksəliş

- İş qrafiki: həftənin beş günü 09:00-dan 18:00-dək
- Əmək haqqı: Aylıq məvacib+bonus
- İş yeri: Bakı

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Namizədə tələblər

- İş təcrübəsi : 1 ildən yuxarı
- Yaş : 20 - 35
- Ali və ya orta təhsil
- Tələbə olmaması
- Təqdimat aparmaq bacarığı
- Məsuliyyətli və ünsiyyətcil olması
- Çeviklik və işgüzarlıq

QEYD:

Zəhmət olmasa bir başa əlaqə uçün (055) 201-81-77 nömrəsiylə əlaqə saxlayın (09:00 dan 18:00 kimi) və ya CV- lərinizi "office@setin.az" adresimizə göndərin.

9

Şirkət Collezione İtalia

Şirkət Müştəri xidmətləri şöbəsi üzrə “Qeydiyyatçı (Hostess)” vəzifəsinə vakansiya elan edir.

Namizədə dair əsas tələblər:

• Yaş: 22-dən yuxarı;
• Təhsil: Ali
• Boy: 170
• Xoş xarici görkəm;
• Azərbaycan dili (sərbəst), rus dili (sərbəst) və ingilis dili (orta) səviyyədə bilmək
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Əsas vəzifə və öhdəliklər:

• Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
• Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
• Ofisə gələn müştərilər və qonaqları qarşılamaq;
• Gələnlərin qeydiyyatını aparmaq;
• Müştəri məmnuniyyəti anketlərinə nəzarət etmək.
• Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
• Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
• Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
• Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
• Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
• Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• İşləri prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

İş şəraiti:

• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
• Saat 12:00 - 20:00
• Təcrübə artımı imkanları.
• Əmək haqqı 400 AZN

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı (Hostess)”, sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

10

Şirkət İmperial Ceramic Center

Ofis Meneceri vəzifəsinə dair ümumi tələblər:

1. Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası
2. Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması
3. Ofis ləvazmitalarının düzgün təchiz edilməsinə nəzarət
4. Görüşlərin təşkili
5. Karguzarlıq işinin təşkli
6. Təmizlik işlərinin və daxili otaqların səliqəli saxlanmasına nəzarət edilməsi
7. Ofis əməkdaşlarının koordinasiyasını təşkil etmək (sürücü, texniki işçilər, təmizlikçilər və.s)
8. İş yazışmalarının aparılması
9. Daxil olan zənglərin qəbulu və yönləndirilməsi
10. Gələn qonaqlarınn qarşılanması və yerləşdirilməsi
11. Ofis xərclərinin hazırlanması

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ofis Meneceri vəzifəsinə namizədə qarşı ümumi tələblər:

1. Yalnız 22-35 yaş arası xanım namizədlər
2. Ali təhsil
3. Yüksək təşkilatçılıq bacarığı
4. MS Office Proqramlarından istifadə bacarığı
5. Azərbaycan dilini mükəmməl bilməli. (ingilis və rus dili biliyi üstünlükdür)

- Rəsmi iş qeydiyyatı
- 6 günlük iş qrafiki
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək

Telefon: 077 640 06 14

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department