Avtomobil

Ətraf mühitə daha çox hansılar zərər vurur? - Elektromobillər ilə adi avtomobillərin MÜQAYİSƏSİ

  Elektrikli mühərrikə sahib avtomobillər hər il məşhurlaşmağa davam edirlər. Lakin mütəxəssislər bu texnologiyanın həqiqətən də ətraf mühit üçün təmiz olub-olmadığını dəqiq söyləməkdə çətinlik çəkirlər. Bu suala bu dəfə Transport & Environment federasiyasının analitikləri cavab veriblər.

Eləcə də bax: Ucuz maşınların "baha gömrüyü": Almaniya ilə Azərbaycan statistikasının müqayisəsi

Onlar sübut ediblər ki, daxili yanacaq mühərrikli avtomobillərdən fərqli olaraq elektromobillər təbiətə daha az zərər vururlar. Analitiklərin sözlərinə əsasən elektromobillərin yüksək ekoloji özəlliklərə sahib olduqlarına dair sübutlardan biri də istifadə olunan xammal miqdarı ola bilər.

    Məsələn, bir elektromobilin batareyaları öz fəaliyyət dövrü ərzində 30 kq metaldan istifadə edirlər. Adi orta statistik avtomobil isə öz fəaliyyət dövrü çərçivəsində 17.000 litr benzin yandırır. Bu nəticələri real həyatdakı obyektlərlə müqayisə etdikdə görmək olar ki, elektromobil batareyaları bu halda futbol topunu, adi avtomobil isə 25 mərtəbə hündürlüyündə və neft çəlləklərindən ibarət olan qülləni xatırladacaq. Onu da qeyd etmək lazımdır ki, bu iki texnologiya arasındakı fərq getdikcə daha da artır. Belə ki, texnologiyalar günü-gündən inkişaf edirlər. Elektromobillər ətraf mühit üçün daha da təhlükəsiz olacaqlar. Lakin daxili yanacaq mühərrikləri artıq öz inkişaflarının pik nöqtələrinə çatıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)