Avtomobil

Ucuz maşınların "baha gömrüyü": Almaniya ilə Azərbaycan statistikasının müqayisəsi

Azərbaycan gömrüyü başqa ölkələrin gömrük sistemi ilə statsitikamızı eyniləşdirməyə hazır olduğunu bildirib. ENA.az xəbər verir ki, iqtisadçı Rövşən Ağayev Azərbaycana gətirilən alman avtomobilləri ilə bağlı göstəriciləri qarşı-qarşıya qoyub və maraqlı mənzərə ortaya çıxıb.   

Eləcə də bax: Ətraf mühitə daha çox hansılar zərər vurur? - Elektromobillər ilə adi avtomobillərin MÜQAYİSƏSİ

İqtisadçı Azərbaycan və Almaniya gömrük orqanlarının statistikası əsasında 2019-cu ildə ölkəmizə avtomobil idxalına dair yalnız benzinlə işləyən 4 fərqli mühərrik ölçüsünə dair avtomobilləri seçib. 

1) Mühərrikinin həcmi 1000 kub.sm-dən çox olmayan minik avtomobillərinin orta idxal dəyəri - bizim statistikaya görə 11179 USD, Almaniya gömrüyünə görə 6477 USD,

2) Mühərrikinin həcmi 1000-1500 kub.sm intervalında olan minik avtomobillərinin orta idxal dəyəri - bizim statistikaya görə 4359 USD, Almaniya gömrüyünə görə 3000 USD,

3) Mühərrikinin həcmi 1500-3000 kub.sm intervalında olan minik avtomobillərinin orta idxal dəyəri - bizim statistikaya görə 22463 USD, Almaniya gömrüyünə görə 49395 USD,

4) Mühərrikinin həcmi 3000 kub.sm-dən çox olan minik avtomobillərinin orta idxal dəyəri - bizim statistikaua görə 183020 USD, Almaniya gömrüyünə görə 199703 USD,

Bu statistikanın təhlilində diqqəti çəkən 2 vacib məqamı deyim.

1-ci, ucuz avtomobillərdə Azərbaycanın gömrük dəyəri daha yuxarı, bahalı avtomobillərdə daha aşağıdır. Niyəsi haqqında məlumatı və təcrübəsi olan dostlar yaza bilər.

2-ci, dəyəri 200 min dollar ətrafında olan benzinlə işləyən minik avtomobillərinin sayı ümumi idxal edilmiş avtomobillərin 3%-dir, amma onların idxalın dəyərində xüsusi çəkisi 30%-ə yaxın olub.

Almaniya gömrüyündə aşağı dəyərlə (3-7 min USD intervalında) rəsmiləşdirilən avtomobillər isə bütün idxalın say etibarı ilə 40%-ni, dəyər etibarı ilə isə 9%-ni təşkil edib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)