Sosial iqtisadiyyat

“Hyatt Regency Baku” hotelinin rəhbəri cərimələndi

Bakı Apellyasiya Məhkəməsində “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valterin inzibati qaydada cərimələnməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb.

ENA.az xəbər verir ki, qərara əsasən, şikayət təmin edilməyib, Qaq Valterin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)