Neftin qiyməti 70 dolları keçdi - BAHALAŞMA DAVAM EDİR
![](https://ena.az/uploads/news/2021-03/_ena_9a575c3cdc62627501f088e6e_o.jpg)
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 1,32 ABŞ dolları və ya 2,00% artaraq 67,41 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 1,42 dollar və ya 2,06% artaraq 70,78 dollar təşkil edib.