Vakansiyalar

Bank Respublika işçilər axtarır - VAKANSİYA

Bank Respublika” ASC Daxili Audit Departamentində Auditor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
• Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
• Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
• Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
• Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
• Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
• Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
• Bankın orta menecmenti və vəzifəcə yuxarı olan auditorlara şifahi hesabat vermək və audit yoxlaması aparılan sahə üzrə tam və aydın hesabat hazırlamaq;
• Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.

Namizədə qarşı tələblər:

- Ali təhsil (iqtisadi və ya hüquqi);
- Əməliyyat, kassa və ya bankın digər sahələri üzrə minimum 6 ay iş təcrübəsi (digər maliyyə təşkilatlarında təcrübənin olması nəzərə alınır);
- Analitik düşünmə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
- Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 mart 2021-ci il tarixinədək, email-in mövzu hissəsində “Auditor köməkçisi” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

***

“Bank Respublika” ASC Bakı - Abşeron rayonu, həmçinin region filiallarına Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
• Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
• Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
• Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
• Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
• Biznes analizlərin aparılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
• Yüksək səviyyədə satış etmək bacarığı;
• Korporativ müştərilərlə işləmək bacarığı;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 mart 2021-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını emailin mövzu hissəsində aşağıdakı kimi göstərməyiniz xahiş olunur.

- “Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bakı – Abşeron rayonu)”
- “Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Region)”

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

***

“Bank Respublika” ASC Anderraytinq Departamentində İstehlak kreditlərinin təhlili şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Filiallardan gələn istehlak kredit təkliflərinin təhlilini təşkil etmək və rəy vermək;
• Anderraytinq Departamentinin İstehlak kreditlərinin təhlili şöbəsinin işini təşkil etmək, müvafiq prosedur və qaydaları hazırlamaq;
• Gecikmə portfelini mütəmadi olaraq nəzarətdə saxlamaq;
• Müxtəlif “skorinq” və “reytinq” modellərinin hazırlamasında iştirak etmək və iş prosesində tətbiq etmək;
• Bazar araşdırılmasını həyata keçirmək, bazara uyğun rəqabət yönümlü məhsul və təkliflər hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• Təcrübə: Bankda istehlak kreditlərində minimum 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili və rus dili (əla), ingilis dili arzuolunandır;
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə mükəmməl biliklər;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti;
• Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə və kollektivdə inkişaf etdirmək həvəsi;
• Bankın filiallarına vaxtaşırı olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 mart 2021-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını emailin mövzu hissəsində “İstehlak kreditlərinin təhlili şöbəsinin müdiri” göstərməyiniz xahiş olunur.

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department