Kremldən Koçaryanın baş nazirlik ambisiyalarına REAKSİYA
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın eks-prezident Robert Koçaryanla bağlı açıqlama verib.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat xidmətinin rəhbəri eks-prezidentin baş nazir ambisiyalarını müsbət qiymətləndirib.
“Robert Sedrakoviç Rusiyanın böyük dostu, Ermənistanın faydasına çalışan şəxsdir. Biz ümumilikdə, Ermənistan siyasətçilərinin mütləq əksəriyyətinin Rusiya ilə dostluq tərəfdarı olmasına müsbət baxırıq”-deyə Peskov söyləyib.